Hamilə qadınlar və zahı analar, DİQQƏT ! Çörəyin üstündəki xaş-xaş çox ziyanlıdır





Fransada martın 1-dən etibarən çörəyin üstünə çoxlu miqdarda xaş-xaşın vurulmaması ilə bağlı istehsalçılara xəbərdarlıq edilib.

"Sherg.az” "sciencesetavenir.fr”(elm və gələcək) saytına istinadən xəbər verir ki, bu ölkə səhiyyəsindən verilən məlumata görə, xaş-xaş insan orqanizmində morfin və kodeinlərin yüksəlməsinə səbəb olur ki, bu da alkaloidlərin artmasına gərtirib çıxarır.

Fransa Anti-zəhər Mərkəzinin rəhbəliyi də bu faktı təsdiq edib. Mərkəz sanitar qurumlardan tələb edib ki, xaş-xaş insanlarda morfin və kodeindən ibarət olan alkaloidi yaratdığı üçün ondan istifadə minumum həddə çatdırılmalıdır. Yazıda o da qeyd olunur ki, hamilə qadınlar və zahı analar bu xaş-xaşlı çörəklərdən qətiyyən istifadə etməməlidirlər.

Tərcümə etdi: Ayyət Əhməd