“65 yaşa necə gəldiyimi bilmirəm”
19:48 14.12.2015
Arxiv
1039
Etibar Babayev: “Anam ad günümdə yemək bişirir, övladlarım, nəvələrim oturub, evdə xırda bir stolla doğum günümü qeyd edirik”
"Space” telekanalının sabiq rəhbəri, sənətşünaslıq namizədi, dosent Etibar Babayevin bu gün 65 yaşı tamam olur. "Azad Azərbaycan” telekanalının Bədii Şurasının sədri E.Babayev yubley yaşında fikirlərini "Şərq”lə bölüşdü.
İndiyə qədərki fəaliyyətinə, yaşamına özünün qiymət verməsini düzgün saymayan, E.Babayev deyib ki, kənardakıların fikri daha önəmlidir: "Düzünü deyim ki, 65 yaşa necə gəldiyimi bilmirəm. Necə fəaliyyət göstərdiyim göz qabağındadır. Artıq nəsə demək istəmirəm. Həyat və fəaliyyətimə kənardan baxanların qiymət verməsi daha yaxşı olardı. Amma mən hər zaman öz işimi daha peşəkar formada görməyə çalışmışam. Hər zaman cəmiyyət üçün, dövlətimiz üçün xeyrli nə varsa, onların olmasını istəmişəm. Öz sahəmdə də bu yöndə fəaliyyət göstərmişəm”. E.Babayev deyib ki, görmədiyi işlər daha çoxdur: "Hələ həyata keçirmədiyim işlərin daha çox olduğu düşüncəsindəyəm. Ona görə də yaşamağa dəyər. Yaşayıb, yerdə qalan ideyaları, arzuları həyata keçirmək istəyirəm. İnsan ömrü isə elədir ki, arzular tükənməzdir. Çalışıb mənalı yaşamaq, xeyirli yaşamaq lazımdır. Bir də arzuları bacardıqca həyata keçirmək önəmlidir”.
E.Babayev 65 illik yubley yaşını təmtəraqlı keçirməyəcəyini də diqqətə çatdırıb: "Çox sağ olsunlar, dostlarım zəng edirlər, təbrik edirlər. Onların xoş sözləri, təbrikləri çox əzizdir, şirindir mənim üçün. Amma belə təmtəraqlı ad günü qeyd etmirəm. Ümumiyyətlə sevmirəm bu cür təmtərağı. Həm də, mənim ad günüm 15 dekabra düşdüyündən, 2003-cü ildən sonra qeyd etmirəm. Xalqımızın böyük oğlu, Heydər Əliyevi dəfn etdiyimiz günə təsadüf edir həmin gün. Heydər Əliyev mənim müəllimimdir. Onun mənə öyrətdikləri, ən çətin anlarımda belə doğru qərar vermək bacarığını aşılayıb. Heydər Əliyevin mənim həyatımda önəmi çox böyükdür. Ona görə də, 2003-cü ildən etibarən, doğum günümlə bağlı hansısa məclis düzənləməmişəm. Şükrlər olsun, Allahın böyük lütfüdür ki, anam hələ həyatdadır. Anam ad günümdə yemək bişirir, övladlarım, nəvələrim oturub, evdə xırda bir stolla doğum günümü qeyd edirik”.
P.S "Şərq” qəzetinin kollektivi olaraq Etibar müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu
20:48 12.03.2026
Hadisə
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...
20:35 12.03.2026
Futbol
“Azərbaycan sülh diplomatiyasının mərkəzindədir” - ŞƏRH
20:23 12.03.2026
Gündəm
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət