Rusiyanın Dolqoprudnı şəhərində yaşayan 17 yaşlı azərbaycanlı məktəbli Qumru Əhmədova 14 gündən artıqdır axtarılmağına baxmayaraq hələ də tapılmayıb.
Bu barədə "Şərq”ə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev məlumat verib. Onun sözlərinə görə, qızın harada olduğu bilinmir: "Valideynləri ilə də əlaqə saxlayırıq, hələ yeni bir informasiya yoxdur. Tapılsaydı, xəbərimiz olardı”.
Məlumat üçün qeyd edək ki, 11-ci sinif şagirdi olan Qumru Əhmədova sonuncu dəfə dekabrın 26-da günorta saatlarında görünüb.
Vüqar Şahinoğlu