3 itkin tələbə tapıldı: Böcək yeyərək sağ qalıblar









                      








Antaliyanın Kəmər qəsəbəsində çıxdıqları təbiət gəzintisində itən 22 yaşlı 3 xarici tələbə, 3 gün sonra qurtarıldı. İtən 1 ingilis, 2 hollandiyalı tələbə olublar.
Onların 16 yanvar saat 15.30 radələrində 112 Təcili Çağırış Mərkəzinə cib telefonuyla arayıb kömək istəməsindən sonra üzərinə axtarış-arama çalışması başladılmışdı. İtkin tələbələrlə əlaqədar sevindirici xəbər, dünən səhər saat 09.50 radələrində gəldi. Polis vertolyotunun termal kameraları tələbələrin olduğu nöqtəni təsbit etdi. Dərhal sonra tələbələrlə vertolyotdakılar arasında vizual təmas təmin edildi. Bir uçurumun üzərindəki qayalıq sahədə olan tələbələr, paltarlarını yelləyərək görülmələrini bacardı. Əldən düşmüş olduqları müşahidə edilən tələbələrə, vertolyotdan yemək atıldı. Onların tapıldığı yerin uçurum kənarı olması səbəbiylə qurtarma əməliyyatının vertolyotla edilməsinə qərar verildi. Gəzintiyə başladıqları yerdən təxminən 20 kilometr uzaqlıqda olan 3 tələbə, dünən saat 11.15-də Sahil Təhlükəsizlik vertolyotuyla tapıldıqları yerdən qurtarıldı. Kəmər qəsəbəsinə endirilən tələbələr, burada onları gözləyən ailələriylə qucaqlaşdı. Sevinc gözyaşları tökən tələbələr, təcili yardımlara qoyularaq müayinə üçün xəstəxanaya aparıldı. İtən gənclərin ailələri isə, "Çox xoşbəxtik. Uşaqlarımızın tapıldığı üçün sevincliyik. Onları səbirsizliklə gözlədik. Axtarışa qatılan bütün qruplara təşəkkür edirik” şəklində danışdı. Xəstəxananın Terapiya mütəxəssisi Dr. Levent Mumbuç isə, 3 gəncin sağlamlıq vəziyyətinin yaxşı olduğunu ifadə edərək, "Müşahidə altındadırlar. Heç bir sağlamlıq problemləri yoxdur. Bədənlərində hər hansı bir kəsik, ya da zərbə yoxdur. Bu mövzuda şanslıyıq.

Burada qalacaqlar. Üç gün boyunca çay suyu içərək sağlam qalmışlar. Müxtəlif böcəklər və kiçik meyvələrlə qidalanıblar. Bunlar da onların sağ qalmalarına müsbət nəticə verib. Soyuq hava və gecələri bir-birlərinə sarılaraq istiləşməkdən faydalanmışlar. Həyatda qalmağı bacarmışlar. Xəstəxanamızda hər şey nəzarət altındadır. Qan təhlilləri edilir. Həyatı təhlükələri yox. Bir az zəifləmə və əzələ zəiflikləri var” deyib.