İşə hər gün 65 km piyada gedir

Qazandığı bütün pulu 9 il əvvəl iflic keçirən həyat yoldaşına xərcləyir



ABŞ-ın Lova əyalətində yaşayan 61 yaşlı Steven Simoff, gündə 65 kilometr hərəkət edərək işə gedir. Bütün pulunu iflic keçirən həyat yoldaşının müalicəsinə xərcləyən adam işini itirməmək məcburiyyətində olduğu üçün bunu edir.

Simoff, yaşadığı Davis Citi-dən iş yerinin olduğu Osceolaya qədər hər gün saatlarla yol gedir. Qazandığı bütün pulu 9 il əvvəl iflic keçirən həyat yoldaşının müalicəsi üçün dərmanlara ödəmək məcburiyyətində olan Simoffun, nəqliyyatın az rast gəlindiyi yoldan nadir olaraq gəlib keçən olduğu üçün də, işini itirməmək üçün piyada getmək məcburiyyətində qaldığı ifadə edilir. İşsiz olan nəvəsinə də mümkün qədər dəstək olan Steven Simoffun vəziyyətindən heç də şikayətçi olmadığı bildirilir. ABŞ-da Steven Simoffun hekayəsinə bənzər bir hadisəni Detroitdən Ceyms Robertsonun yaşadığı ortaya çıxmışdı. İşə getmək üçün gündə 30 kilometr piyada getmək məcburiyyətində qalan Robertsona, mövzu mətbuatda eşidilincə çox sayda hədiyyə edilmiş və özünə bir avtomobil ala bilmişdi.