9 yaşlı uşaq Kılıçdaroğlunu tərlətdi: Mən böyüyəndə də belə şeylər olacaqmı?

CHP liderinin gənclərlə görüşünə anasıyla qatılan 9 yaşlı Yamaç Çakır, Kılıçdaroğluna ünvanladığı sualla izləyənlərə duyğulu anlar yaşatdı. "Mən 2006-cı ildə doğuldum. Doğulduğumdan bəri Türkiyədə bəzi pis şeylər olur. Bombalar partlayır. Mən böyüdüyümdə də belə şeylər olacaqmı? Siz nə edəcəksiniz?" deyə soruşan uşağa, Kılıçdaroğlu, "Sən böyüdüyündə hər şey çox gözəl olacaq, bizim nəsil bunu bacara bilmədi, amma biz edə bilməsək ətrafındakı böyük qardaşların, bacıların bunu bacaracaq" deyərək cavab verib.