“Gözlərindən öpürəm”

Tatlısəs Rza Zərraba belə dedi




Müğənni İbrahim Tatlısəs Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərraba təriflər yağdırıb.

"Hürriyət”in məlumatına görə, sənətçi ən çox ixrac edənlər siyahısında 13-cü yerdə qərarlaşan iş adamına onu utandırmadığı üçün təşəkkürünü bildirib: "Görürsünüz? Mən heç kimə boş yerə "övladım” demirəm. Rzaya "övladım” demişəmsə, düz etmişəm. Səni ixracatdakı uğuruna görə təbrik edirəm və gözlərindən öpürəm. Məni xəcalətli etmədin, övladım!..”.

Qeyd edək ki, Rza Zərrabın şirkəti Türkiyə İxracatçılar Məclisinin siyahısında ən çox ixrac edən 1000 müəssisə arasında 13-cü yerə çıxıb.