19 yaşlı rus qız İstanbulda itkin düşüb

Ailəsi, gənc qızın İŞİD terror təşkilatına qoşulmasından narahatdır



Rusiyanın paytaxtı Moskvada yaşayan Pavel Karaulov, 19 yaşlı qızının İstanbulda itdiyini ifadə edərək kömək istədi. Ailəsi, gənc qızının IŞİD terror təşkilatına qoşulmasından narahatdır.

Karaulov, Facebookda türkcə və ərəbcə, "1995-ci ildə doğulan qızım Varvara Karaulova 27 may 2015-ci il tarixindən etibarən itkindir. Moskva Universitetinin fəlsəfə fakültəsində oxuyurdu. Rus, ingilis, fransız, alman, ərəb və latınca danışa bilir. İstanbul üzərindən Suriya və ya Liviyaya aparmaq üçün qaçırıldığını təxmin edirik. Türkiyə polisinə səslənirəm, qızımı tapmağa kömək edin” mesajını paylaşdı. Gənc qızın məktəbə getdiyini söyləyərək evdən çıxdığı bildirilir. Rus mətbuatına danışan yoldaşlarına görə Varvara, son dövrdə ailəsindən gizli çarşaf geyirdi. Gənc qızı görənlər, atasına +7 985 9290205 nömrəsinə məlumat verə bilər.