Abituriyentlərin nəzərinə: ixtisas seçimi zamanı nələrə diqqət olunmalıdır ?
11:47 24.07.2019
Arxiv
1082
Bu gündən 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi başlayıb.
İxtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir? Ali təhsil almaq arzusunda olanlar ötənilki ilə müqayisədə bu il ixtisas seçimlərini necə etməlidirlər?
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Hədəf KurslarınınElm və Tədris işləri departamentinin direktoru, təhsil eksperti Elxan Nəcəfov bəzi məqamlara toxunub.
O bildirib ki, doğru seçim aparılarsa I qrupda nəninki kənarda qalanlar olmayacaq, əksinə boş yerlər qalacaq: “Düzgün ixtisas seçimi aparılarsa II qrupda da heç bir şagirdin demək olar ki, kəsilmə ehtimalı yoxdur. Müəyyən abituriyentlərin 150 ballıq ixtisasları yaza biləcəyini nəzərə alsaq, kənarda qalma ehtimalı azalır. I, II və IV qruplarla müqayisədə III qrupda rəqabət daha yüksək olacaq”.
E.Nəcəfov qeyd edib ki, bu il yüksək bal toplayanların sayının az olması da yüksəkballı ixtisaslara keçid ballarının aşağı düşməsini şərtləndirir.
Bütün ixtisas qruplarında keçid ballarının aşağı düşmə ehtimalı olduğunu deyən ekspert bu halın özünü daha çox I qrupda göstərəcəyini deyib:
“II qrupda da keçid balının aşağı düşməsi gözlənilir, çünki sənəd verənlərlə ayrılan ixtisas yerlərinin sayı təqribən eynidir. Keçid balının sabit qalması özünü daha çox III qrupda göstərəcək. Bu qrupda sənəd verənlərin sayı ilə ixtisas saylarının müqayisəsi bu ehtimala əsas verir. IV qrupda keçid balı daha çox aşağı düşəcək. Çünki bu qrupda ixtisas yerlərinin sayının artması və bunun müqabilində sənəd verənlərin sayının azalması, həmçinin yüksək nəticələrin az olması keçid ballarının aşağı düşməsinə səbəb olacaq. İlkin ehtimalda biz keçənilki keçid balları üzərində müqayisələr aparıb ixtisasları seçməliyik. Deyək ki, hər hansı bir ixtisası seçdik və müəyyənləşdirdik ki, keçən il burda keçid 500 bal olub. Həmin yerə bu il I qrupda hazırlaşan 450 balla düşə bilər. Eynilə ikinci qrupda bu hal baş verə bilər. III qrupda bir o qədər riskə getmək olmaz. IV qrupun əsas ixtisası olan müalicə işində keçid balı keçən il olduğundan 50-60 bal aşağı düşəcək. Tələsmək olmaz. “Abituriyent” jurnalı, jurnala əlavə olaraq çıxan vəsaitlər vasitəsilə keçənilki keçid balları üzərində sıralama aparıb, oradakı baldan ilkin olaraq 70-80 bal yüksək, abituriyentin bu il topladığı baldan isə 30-50 bal aşağı ixtisaslar seçdikdən sonra abituriyentin 15 ixtisasdan birinə düşmək ehtimalı yaranacaq. Əgər abituriyent özü üçün hər hansı bir ixtisası əvvəlcədən müəyyənləşdiribsə, ilk o ixtisası yaza bilər. Bu addım onun digər ixtisaslara düşmək şansını azaltmayacaq. Beləliklə həmin ixtisasa düşməyəcəyi təqdirdə yerdə qalan hər hansı bir ixtisasa düşmək şansını da itirməmiş olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm