Abituriyentlərin NƏZƏRİNƏ:150 bal toplayan da…
11:06 26.07.2019
Arxiv
2001
“Abituriyentlər düşünür ki, imtahanda 160 bal toplayıb, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil ola biləcəyəm. Lakin 150 bal minimal müsabiqə şərtidir. Bu ixtisaslar üzrə keçid balı abituriyentlərin seçiminə görə dəyişə bilər”.
Lent.az xəbər verir ki, bunu AzEdu.az-ınixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, istənilən halda həmin ixtisasları seçmək lazımdır: “Bu siyahıda perspektivli ixtisasların sayı çoxdur. Məsələn, “Şərabçılıq” ixtisası üzrə gələcəkdə iş tapa bilmək imkanlarınız həddən artıq yüksək ola bilər. Naxçıvanda yerləşən Aqrar Universitetdə 150 ballıq bəzi ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq mümkündür. Əgər 150 bal toplamısınızsa, bu o demək deyil ki, 150 ballıq ixtisaslara 100 faiz qəbul oluna bilərsiniz. 150 bal minimal müsabiqə şərtidir”.
X.Xanlarzadə bildirib ki, abituriyentlər 150 ballıq ixtisaslarla bağlı bir qədər yanlış məlumatlıdırlar.
Onun sözlərinə görə, bunlar gələcəkdə kifayət qədər prespektiv vəd edən ixtisaslardır: “Bizim ölkəmizdə bu sahələr üzrə mütəxəssislərə ehtiyac var. Lakin müsabiqə şərtlərinin 150 bal formalaşmasında əsas səbəb abituriyentlərin bu ixtisaslara meyil göstərməməsidir. Ona görə burada müsabiqə vəziyyəti yaranmır.
III qrupda yer alan “Sosial iş”ixtisası üzrə mütəxəssislərə ehtiyac çoxdur.
Əvvəllər 150 ballıq ixtisaslarda təhsil almaq üçün yalnız müəyyən ali təhsil müəssisələrini seçmək mümkün idi. Bu ildən isə müsabiqə vəziyyətinə uyğun olaraq abituriyentə dövlət ali təhsil müəssisələrində də 150 ballıq ixtisasları seçmək hüququ verilib. Həmin ixtisaslar hansı ali təhsil müəssisəsində varsa, abituriyent ərizəsində həmin universitetləri qeyd edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat