"ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir” - SƏFİR


“Biz bu gün həm də inkişaf etmiş ABŞ və Azərbaycan dostluğunu qeyd edirik. Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi andan ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyib”.

APA -nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberq 4 iyul Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycanın dünya səhnəsində rolu artmaqda ikən, biz sizin yanınızdayıq. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”, - ABŞ səfiri qeyd edib.