ABŞ Dövlət Departamenti: “10 min Suriya qaçqınını qəbul edəcəyik...”






ABŞ Parisdə baş verən terror aktlarına və öz ünvanına İŞİD-dən gələn hədələrə rəğmən, 2016-cı ildə 10 min suriyalı qaçqını qəbul eləməklə bağlı planlarını dəyişməyə hazırlaşmır. Musavat.com-un məlumatına görə, bu barədə "Reuters” Agentliyi Dövlət Departamentindəki mənbəyə istinadən xəbər yayıb.

"Biz prezidentin öncə söylədiklərinə sadiqik. Məqsəd – gələn il 10 min suriyalı qaçqını qəbul eləməkdir” – qeyd edib Departamentin rəsmi nümayəndəsi Mark Toner. Onun sözlərinə görə, qaçqınlar təhlükəsizlik baxımından tam yoxlama prosedurasından keçməli olacaqlar.

Bundan öncə Amerikanın İndiana ştatı Suriyadan olan qaçqınları qəbul eləməkdən imtina edən altıncı ştat olmuşdu.