ADU məhkəməyə müraciətlə bağlı məlumat yayıb
07:57 31.07.2019
Arxiv
536
Azərbaycan Dillər Universitetinin mətbuat xidməti “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı, Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın məhkəməyə verilməsi ilə bağlı açıqlama yayıb.
"Sherg.az"ın məlumatına görə, açıqlamada qeyd olunur ki, adıçəkilən şəxslər ötən aylar ərzində dəfələrlə universitet rəhbərliyinə və kollektiv üzvlərinə müxtəlif mətbuat orqanlarında əsassız, böhtan xarakterli fikirlər səsləndirib, bununla da ali təhsil ocağının işgüzar nüfuzuna ziyan vurublar.
Xəbərdarlıq olaraq Azərbaycan Dillər Universitetinin Elmi Şurası qərar çıxarıb ki, ali məktəb kollektivinin ayrı-ayrı üzvlərinin ictimai nüfuzuna, eləcə də universitetin işgüzar nüfuzuna xələl gətirən məlumatlar dayandırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcək. ADU-nun kollektivi yekdil rəylə məhkəməyə müraciət hüququndan istifadə etməyi qərara alıb və adı çəkilən şəxslərlə bağlı iddia qaldırıb.
“Təəssüf ki, qarşı tərəf yenə qərəz nümayiş etdirərək, universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya növbəti dəfə böhtan atır, iddiadan irəli gələn pul təzminatını doğru istiqamətdə şərh etməyərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məsələ pul təzminatında yox, ADU-nun öz işgüzar nüfuzunu qorumasındadır. Qarşı tərəf üzr istəməli, indiyədək irəli sürdüyü böhtanlara görə təkzib verməlidir. Əgər məhkəmə pul təzminatının ödənilməsi barədə də qərar qəbul edərsə, həmin vəsait universitetin Sosial fonduna köçürüləcək, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə, qaçqın və köçkün ailələrindən olan tələbələrə müxtəlif maddi yardımların göstərilməsinə, eləcə də tələbələr üçün nəzərdə tutulan sosial layihələrə sərf olunacaq” – deyə, açıqlamada qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət