Ağ Ev: “ABŞ Kuba ilə münasibətlərə yenidən baxacaq”





ABŞ Kuba ilə münasibətlərə yenidən baxacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

"Hazırda biz Kuba ilə münasibətlərdə ABŞ-ın apardığı siyasətin tam şəkildə yenidən baxılması ilə məşğuluq”, deyə Ş.Spayser bildirib.

Onun sözlərinə görə, rəsmi Havana ilə münasibətlərdə insan haqları ön planda duracaq.