Ağ Ev: Rusiya Krımı işğal edib
08:24 04.02.2017
Arxiv
379
"BMT-dəki nümayəndəmiz Nikki Heyli prezident Donald Trampın rəsmi mövqeyini ifadə edib”.
APA-nın "İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser səfir Nikki Heylinin (Nikki Haley) BMT-dəki çıxışına münasibət bildirərkən deyib.
Yeni administrasiyanın Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətində olub-olmadığı haqda suala Ş. Spayser belə cavab verib: "Mən düşünürəm ki, daimi nümayəndə Heyli Rusiyanın Krımı işğal etməsi ilə bağlı bizim narahatlığımızı çox dəqiq ifadə edib. O, bu barədə çox qətiyyətli və aydın danışıb”.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli qurumdakı ilk rəsmi çıxışını Ukraynadakı vəziyyətə həsr edib. "Təəssüf ki, ilk açıq çıxışımda mən Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm. Belə olmaz. Biz Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyirik, lakin Ukraynanın şərqindəki dəhşətli vəziyyət bizdən Rusiyanın fəaliyyətini kəskin şəkildə pisləməyi tələb edir”, - deyə o, söyləyib. N. Heyli Krım ətrafındakı duruma da toxunub. O, Krımı "Rusiyanın aqressiv fəaliyyətindən əziyyət çəkən Ukraynanın daha bir hissəsi” olaraq xarakterizə edib. Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Multikultural ailə mühitində qadın empavermenti – Sürəyya Ağaoğlu
16:57 22.12.2025
Tarix
Politoloq: Danışıqlar yalnız görüntü xarakteri daşıyır
16:51 22.12.2025
Dünya
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
16:37 22.12.2025
Rəsmi
Səbuhi Rzayev: Media savadlılığı mövzusu məktəbdən başlayır
16:28 22.12.2025
Media
Cevdet Yılmaz Azərbaycana təşəkkür edib
16:12 22.12.2025
Siyasət
Tatarıstanın Rəisi İlham Əliyevi təbrik edib
15:41 22.12.2025
Rəsmi
David Babayan və Levon Mnatsakanyan məhkəmədə son söz deyiblər
15:17 22.12.2025
Hadisə
Bu ssenari gerçəkləşmədi, İran zərbə endirdi
15:11 22.12.2025
Dünya
İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib
15:04 22.12.2025
Rəsmi
Vens: Ukrayna Donetski itirəcək
14:57 22.12.2025
Dünya
Elman Allahverdiyev Dərbənd şəhərinin rəhbəri təyin edildi
14:49 22.12.2025
Gündəm
Vens: Ukrayna Donetski itirəcək
14:42 22.12.2025
Dünya
Leyla Mizrahi yuxuda vəfat edib, ölüm səbəbi açıqlanıb
14:36 22.12.2025
Şou
Putin MDB ölkələrinə çağırış etdi
14:33 22.12.2025
Dünya
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
14:25 22.12.2025
Rəsmi