
Ağsaqqallarla görüşdülər
20:24 13.01.2016
Arxiv
736
Kamal Abdulla və Mübariz Qurbanlı Nardaranda olubar

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabunçu rayonunun Nardaran qəsəbəsində olub, qəsəbənin "Rəhimə xanım” ziyarətgahında bir qrup dindar və ağsaqqallarla görüşüblər.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də iştirak etdiyi görüşdə qəsəbədəki məscidlərdə dini fəaliyyətin təşkili və dini icmanın yaradılması istiqamətində məsələlər müzakirə olunub.
Görüşdə bildirilib ki, Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli Prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir və aidiyyəti qurumlar bu istiqamətdə bütün lazımi tədbirləri görürlər. Eyni zamanda qeyd edilib ki, respublikanın bütün bölgələrindəki məscidlər kimi, Nardarandakı məscidlər də qanun çərçivəsində fəaliyyət göstərməlidir. Bunun üçün qəsəbədə dini icmanın yaradılmasına və məscidlərin fəaliyyətinə, eləcə də dini maarifçilik işinin aparılmasına hər cür kömək göstəriləcək.
Nardarandakı məscidlərin qanun çərçivəsində fəaliyyət göstərməsinə tərəfdar olduqlarını deyən qəsəbədəki Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Musa Qasımov və digər ağsaqqallar bu məqsədlə əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, dini icmanın yaradılması işinə artıq başlanılıb.
Görüşdə dini icmanın yaradılması prosesinin qısa vaxtda başa çatdırılması, dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunması və növbəti mərhələdə icma üzvləri ilə görüş keçirilməsi qərara alınıb. Həmçinin, Nardaran ağsaqqallarını maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat