Ailəsindən 5 il işgəncə gördü

İndi doğmaları ilə yaşamır
Hazırda 21 yaşında olan Teksasda yaşayan Lauren Kavanaughun hekayəsi oxuyanları dəhşətə gətirir.
"Daily Mail”in xəbərinə görə 3-8 yaşları arasında 5 il boyunca anası və ögey atasının işgəncə və təcavüzünə məruz qalan Lauren, 1,5 metr və 2,5 metrlik bir şkafın içərisində yaşamağa məhkum edilmişdi. Bu şkafda yaşamaq məcburiyyətində buraxılan Lauren, hər gecə ögey atasının təcavüzünə uğradığını izah etdi.
Lauren, 5 il davam edən kabusun ardından bir qonşunun polisə müraciət etməsiylə qurtarıldı.
Özlərinə "kiçik sirrimiz” deyən cani cütlük, Laureni bir qonşuya göstərməyə qalxınca yaxanı ələ verdi. Anasının Dallasdakı evindəki şkafdan qurtarıldığında 8 yaşında və yalnız 11 kilo olan Lauren, orqanları sıradan çıxmaq üzrəykən xəstəxanaya yetişdirildi.
Xəstəxanada qaldığı müddət boyunca soyqırım qurbanlarına tətbiq olunan bir üsulla qidalanan Laurenin həkimləri, illər sürən təcavüz və işgəncə səbəbiylə bir sıra əməliyyatlar reallaşdırdı. Kiçik qız üçün ifadə vermək çox çətin olacağından anası və ögey atası təcavüzdən mühakimə oluna bilmədi. Ancaq 2002-ci ildə uşağa zərər vermək cinayəti ilə ömürlük həbsə məhkum edildi. Həkimlərin səyi nəticəsində tamamilə yaxşılaşan və normal həyata dönə bilən Lauren yaşadığı kabusun necə başladığını bu sözlərlə izah edir:
"Bir gün ağlamağıma əsəbiləşən anam qolumdan tutdu və məni şkafa bağladı. Paltarların içində saatlarla gözlədim. Su və ya yemək vermədi, hər yer çox qaranlıq idi.” Hələ 3 yaşında olan Lauren zaman - zaman çıxarılıb təcavüzə uğradığını da əlavə edir. "Qışqırıqlarım eşidilməsin
deyə musiqinin səsini yüksəldirdilər. Ardından məni təkrar şkafa bağlayırdılar. Tualetimi də yatdığım şkafın içində etmək məcburiyyətindəydim. Xalça tamamilə çirklənmişdi və incə, yaş bir ədyalın altında yatmaq məcburiyyətindəydim” dedi. "Yemək üçün çox az şey verirdilər və yalnız işgəncə etmək istədiklərində məni çölə çıxarırdılar. Bir dəfə anam 6 yaşındaykən məni duşa apardı və başmı suyun altına soxdu. Başqa bir gün isə önümə pendirli makaron qoydu ancaq tapdaladıqdan sonra uda bilməyəcəyimi, tüpürməm lazım olduğunu söylədi” dedi. 2001-ci ildə polislərin qurtardığı Laureni bir ailə övladlığa götürmüş və indi onlarla xoşbəxt bir həyat sürür. Ancaq övladlığa götürüldüyü ilk zamanlarda yaşadığı zədə səbəbiylə davamlı yemək yeyə bilməmişdi. İlk dəfə duşa soxulacağı zaman isə "Məni öldürməyin” deyə qışqırdığını xatırlayır. Psixologiya oxuyan Lauren, özü kimi təcavüz qurbanlarına kömək etmək istədiyini dilə gətirir.