“Alagöz” soyadı ona baha başa gəldi

İşdən çıxartdılar, sevdiyi qızı vermədilər



Türkiyənin Adıyaman bölgəsində qəribə hadisə baş verib. Suruç və Ankara bombaçılarıyla soy adı eyni olan adam, həm işindən, həm də evlənməkdən oldu.

Suruçda partlayış törədən canlı bombaçı Əbdürrəhman Alagözdən sonra Ankara bombaçısının da böyük qardaşı Yunus Əmrə Alagöz olduğunun açıqlanmasının ardından soyadı "Alagöz” olan ailələr çətinlik çəkir. Adıyamanın mərkəzi və qəsəbələrində bir-birinə qohum olmayan 5 fərqli "Alagöz” ailəsi var. Adıyamanın mərkəz Altınşehir məhəlləsində yaşayan Əhməd Alagöz işdən atılıb. Bir firmanın abunəliyini iki ay əvvəl alan Əhməd Alagöz adlı işlətmə sahibi də

bombaçılarla qohum olmadığına baxmayaraq, soyadından ötəri zərər gördü. Əhməd Alagöz adlı biznesmen, soyadına görə abunəliyinin ləğv edildiyini iddia edərək, prokurorluğa müraciət edəcəyini bildirir. Firma səlahiyyətliləri ilk olaraq "iş yeri bağlandı” deyərək ümumiyyətlə sistemi bağladıqlarını bildirir. Ancaq, Əhməd Alagöz özünün təhlükəsizlik kameralarıyla bu məsələni çürüdür və məlum olur ki, birtərəfli müqaviləsi ləğv edilib. Onun kimi bir çox "Alagöz” soyadlı ailə olduğunu və bəzilərinin soyadlarını dəyişdirmək istədiyini vurğulayan Əhməd Alagöz, bir adamın etdiyi cinayyət üzündən hər kəsin günahlandırılması qəbul edilə bilməz olduğunu dilə gətirdi. Adıyamandan kənardan sevdiyi bir qız olduğunu və onu istəməyə getdikləri zaman soyadı bombaçı ilə eyni olduğuna görə sevdiyi qızı ona vermədiklərini qeyd edən Əhməd Alagöz, işinin və sevdiyi qızı əsla buraxmayacağını söyləyir.