Aleksandr Dugin Cocuq Mərcanlıda bəyanat verdi: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
10:40 01.07.2018
Arxiv
1177
“Azərbaycan Rusiyanın əsl müttəfiqidir”
Rusiya siyasi elitasının məşhur nümayəndələri, Dövlət Dumasının deputatları Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər.
Sherg.az bildirir ki, bu barədə virtualaz.org Cocuq Mərcanlıdan xəbər verir.
Qonaqları hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli müşayiət edir. Virtualaz.org-un daha öncə xəbər verdiyi kimi, bu dəqiqələrdə "Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində təşkil olunan "Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” ikinci konfransı işinə başlayır.
Milli Məclisin hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər qardaşlıq xarakteri daşıyır.
Ə.Hüseynli 2016-cı ilin aprelində bu kəndin Azərbaycan ordusunun xüsusi əməliyyatı nəticəsində azad edilməsi barədə danışıb. Deputatın sözlərinə görə, konfransın cəbhə xəttindən 600 metr aralıda keçirilməsi Azərbaycan və Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə birinci dərəcəli önəm verməsinin bariz nümunəsidir. Ə.Hüseynli qeyd edib ki, bu kənd Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü əsasında bərpa olunub.
Konfransda Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin çıxış edib. Öz çıxışında kremlyönlü ideoloq Qarabağda ön cəbhə xəttində konfransın keçirilməsi ideyasının yaranmasından söhbət açıb.
Onun sözlərinə görə, avrasiya hərəkatı hələ bir neçə il öncə Rusiya-Azərbaycan əlaqələrinin sürətlə inkişafını sezib və bu prezidentlər Putinlə Əliyevin şəxsi etimad əsasında formalaşan münasibətlərindən qaynaqlanır.
Prezidentlərin təşəbbüsünə hər iki dövlətin ekspert birliyinin nümayəndələri təkan veriblər. Dugin İzbor klubunun və Beynəlxalq Avrasiya Hərəkatının Rusiya ilə Azərbaycanın müttəfiq və tərəfdaş münasibətlərinin möhkəmlənməsi üzrə təşəbbüsündən danışıb.
Dugin qeyd edib ki, Azərbaycan Avrasiya inteqrasiyası istiqamətində baxır. Prezident İlham Əliyev İzmirdə qaz kəmərinin açılışında bəyan edib ki, bu Azərbaycanın Avrasiya çoxqütblü iqtisadi modelinə töhfəsidir. Prezident aşkar bildirib ki, bu Rusiya ilə razılaşdırılıb.
Dugin bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bizim burada olmağımız onu göstərir ki, Rusiya həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi