Alep və Raqqada döyüşlər intensivləşir




Suriyada hökumət qüvvələri Alep şəhərinin qərbindəki itirdiyi əraziləri geri qaytarır. 

Sherg.az-ın fr.euronews.com saytına istinadən xəbər verir ki, hazırda Minyan kəndində qanlı döyüşlər gedir: 
" Dahiyet Əl-Əsəd şəhərinin qərb məhlələri artıq ordunun nəzarətinə keçib.Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş eks- paytaxtı olan Alepin azad olunması hökumət qüvvələrinin ən ali məqsədidir.

Bundan başqa, Raqq cəbhəsində İŞİD –lə hökumət qüvləri arasında intensiv döyüşlər gedir. Beynəlxalq koalisya tərəfindən dəstəklənən ərəb və kürdlərdən ibarət dəstə Raqqanın şimalına doğru irəliləyir.Onlar Raqqanın Əl-Heşa əl Suqra kəndi və 30 kilometr ərazisini İŞİD silahlı birləşmələrindən azad ediblər.

Ayyət Əhməd