Ali məktəbdə Cümhuriyyət auditoriyası yaradılıb
08:53 14.04.2018
Arxiv
1108
Fəzail İbrahimli: “Bu, Vətən, dövlət yolunda özlərini, ailələrini qurban verən, yarımçıq tale yaşayan insanların ruhuna hörmətdir”
Azərbaycan Universitetində "Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılıb. Auditoriya mühazirə, seminar, "dəyirmi masa” və diskussiyaların təşkili, film və bənzəri rəqəmsal materialların nümayiş olunması üçün zəngin texniki avadanlıqla təchiz edilib.
Auditoriyada Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünü tədqiq edən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və mübarizəsini, cümhuriyyət parlamentinin və hökumətinin dövlət və ordu quruculuğu, xarici siyasət sahəsində görülmüş işləri, həmçinin 1918-1920-ci illərdəki ictimai, siyasi, iqtisadi, mədəni həyatı və digər məsələləri əks etdirən kitablar, müxtəlif nəşrlər və əyani vəsaitlər, o cümlədən müsəlman şərqində və türk tarixində ilk parlamentli demokratik respublikanın ideoloq və qurucularının fotoları yerləşdirilib. Auditoriyanın yaradılması universitetin rəhbərliyi və kollektivinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, müasir dövlətçiliyimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirən AXC və onun qurucularına, həmçinin dövlətçilik tariximizə dərin hörmət və yüksək ehtiramının ifadəsidir.
Azərbaycan Universitetində Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq dövlətçilik tariximizin və ənənələrimizin öyrənilməsi və təbliğ olunması istiqamətində silsilə tədbirlər, konfrans, "dəyirmi masa” və mühazirələr təşkil edilir.
Millət vəkili Fəzail İbrahimli Azərbaycan Universitetində "Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirib və Universitetin rəhbərliyinə öz minnətdarlığını bildirib: "Onlar həm ölkə başçısının fərmanından irəli gələn vəzifəni icra edib, həm də vətəndaşlıq mövqeyini ortaya qoyub. Tariximizə bu cür yanaşma gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə də bir töhfədir. Vətən, dövlət yolunda özlərini, ailələrini qurban verən, yarımçıq tale yaşayan insanların ruhuna hörmətdir. Digər Universitetlər də bu təcrübədən faydalanmalıdır. Ayrı-ayrılıqda hər bir ali məktəbdə "Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılmalı və otaq həmin dövrü əks etdirən kitablar, müxtəlif nəşrlər və əyani vəsaitlər, fotolarla bəzədilməlidir. Bu dövri xarakter daşımamalıdır. Həmin guşə əbədi və əzəli olaraq qorunub saxlanılmalıdır. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq cümhuriyyətinin varisidir. Universitetlərin Cümhuriyyət tarixinə, o dövrün şəxsiyyətlərinə diqqət ayırması həm də Heydər Əliyevin fikirlərinə şərik olmaq deməkdir. Görün, Azərbaycan Universitetinin bu addımı siyasi, mənəvi, elmi və digər cəhətlərdən biri-birini necə tamamlayır. Bir daha Universitetin rəhbərliyini alqışlayır, bir vətəndaş, millət vəkili, ali məktəb işçisi, professor olaraq çox sağ ol deyirəm. Hesab edirəm ki, Azərbaycan Universitetində "Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılmasını özündə əks etdirən xəbər bütün saytlarda, qəzetlərdə, televiziya və radiolarda təbliğ edilməli və bu təcrübə Azərbaycanda yayılmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət