Alman kəşfiyyatının ikinci şəxsi türk oldu
12:25 22.01.2019
Arxiv
626
Almaniya daxili kəşfiyyatına cavabdeh olan Almaniya Konstitusiyasının Qorunması üzrə Federal Xidmətinin (BfV) rəhbərinin müavini postuna türk əsilli Sinan Selen təyin olunub. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.
BfV-nin rəsmi internet səhifəsində direktor Thomas Haldenvegin müavini olacaq Sinan Selenin bioqrafiyası yerləşdirilərək, onun rəsmən səlahiyyətlərini icra etməyə başladığı bildirilib. Bununla da o, Almaniyada daxili kəşfiyyatın iki nömrəli postuna təyin olunan ilk qeyri-alman olub.
Selen 2000-2006-cı illərdə Federal Cinayət İdarəsində müxtəlif vəzifələr tutub. 2006-cı ildə Daxili İşlər Nazirliyinə keçərək terrorla mübarizə idarəsində xarici terrorizm bölməsində işləyib.
2009-2012-ci illərdə Polis İdarəsinin cinayətlə mübarizə bölməsində rəhbər müavini işləyən Selen, 2016-cı ildə özəl sektora keçərək turizm operatoru olan TUİ-nin bütün dünyada təhlükəsizlik sistemini qurub.
Daha sonra kəşfiyyat qurumuna keçən Selen rəhbər müavini postuna layiq görülüb.
Qeyd edək ki, daha əvvəl BfV rəhbəri olan Qeorq Maassen avqust ayında Xemnitz şəhərində qaçqınlarla bağlı yaşanan hadisələrə yönəlik açıqlamalarına görə tutduğu vəzifədən iazad edilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə