Alman mətbuatı: Merkel Ərdoğanın qarşısında diz çökdü





Almaniyanın "Neue Osnabrücker Zeitung" qəzeti, "İki gün sonra parlamentarlar İncirlikdəki əsgərləri ziyarət edə biləcək" xəbərini yayıb. Nəşr, "İcazənin ortaya çıxmasında rol oynayan şərtlər isə maraqlıdır. Ərdoğan güc qazanır" deyə yazdı.

Türkiyə ilə Almaniya arasındakı soyuq əlaqələrin qaydaya salma yolunda atılan addımları səhifələrinə daşıyan alman qəzetlərindən "Neue Osnabrücker Zeitung", mühacir böhranının Türkiyənin əlində böyük bir üstünlük olduğunu vurğuladı.
Alman qəzet, bu ifadələrə yer verdi:

"Baş nazir Merkel, Türkiyə prezidenti Ərdoğanın qarşısında diz çökdükdən iki gün sonra Ankaradan müsbət xəbərlər gəldiyini açıqladı. Alman millət vəkilləri IŞİD -lə mübarizə çərçivəsində beynəlxalq koalisiyaya strateji dəstək məqsədiylə İncirlikdə vəzifə yerinə yetirən alman əsgərlərini ziyarət edə biləcək. Bu yaxşı bir xəbərdir. Alman silahlı qüvvətləri "parlamentin"' ordusu olduğu üçün, parlamentarlar göndərdikləri əsgərlərin hansı şərtlər altında vəzifə yerinə yetirdiklərini nəzarət etmək məcburiyyətindədir. Ancaq bu icazənin çıxmasında rol oynayan şərtlər olduqca müəmmalıdır.
Bundan sonra kim bilər, nələr olacaq? Qəti olan, Almaniya və Avropa Birliyinin Türkiyə ilə mühacir razılaşmasına "hə" deyərək şantaja açıq hala gəldiyidir. Ərdoğan bundan əməlli-başlı faydalanır və Qərbli siyasətçilər qarşısında kiçildikcə o daha çox güc qazanır."

Ankara və Berlin arasındakı əlaqələr, Alman parlamentinin "1915-ci il soyqırım"ı tanımasından sonra qopma nöqtəsinə gəlmişdi. Türkiyə, İncirlikdəki əsgərləri ziyarət etmək istəyən Alman parlamentarlara uzun bir müddətdir bu icazəni vermirdi.

 "Deutsche Welle"