Amil Həmzəyevin indi səhhəti yaxşıdır




Azərbaycan və İsrail 3X3 basketbol qarşılaşmasında ayağından ciddi zədə alan komandamızın 14 nömrəli üzvü Amil Həmzəyevin indi səhhəti yaxşıdır. Bu barədə "Şərq”ə Azərbaycan Basketbol Federasiyasının İcraçı direktoru Rüstəm Rüstəmov məlumat verib. Onun sözlərinə görə, topu səbətdən keçirtdikdən sonra ayağ əzələləri dartılıb: "A.Həmzəyevin zədələnməsi və oyuna çıxmaması İspaniyaya məğlub olmağının əsas səbəblərindən biridir. Çünki 3x3 növündə oyunçulardan daha çox çeviklik tələb olunur. Amil olmadan da qalib gələ bilərdik komandamız sona qədər mübarizə apardıq. Sadəcə idmandır şansımız gətirmədi”.

Qeyd edək ki, A.Həmzəyev 1/8 finalda Azərbaycan-İsrail oyununda zədələnmmişdi. Kişilərdən ibarət yığmamız İsrail millisinə qalib gəlsə də, növbəti dörddəbir finalda Avropa Çempionu İspaniya ilə qarşılaşmada isə məğlub olub. İyul ayında isə Tahir Baxşıyevin rəhbərliyi altında basketbol üzrə U-18 komandamız Cəbəllütariqdə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində D divizyonunda mübarizə aparacaq.

Vüqar Şahinoğlu