AMİP qurultayını gələn il keçirəcək

Yalnız sədr seçilməyəcək, partiyada ciddi proseslər gözlənilir



Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə tutduğu vəzifədən istefa verib.

Bu barədə təşkilatdan xəbər verilib. Məlumatda, onun istefası səhhətində yaranmış problemlərlə əlaqələndirilir. Burada diqqət çəkən məsələ odur ki, Y.Bağırzadənin istefasından müəyyən müddət keçsə də, qurum qurultay çağırmır. Bir sözlə, AMİP hələ də başsız qalıb. Qurultayın ləngimə səbəblərindən danışan təşkilatın Mərkəzi Şurasının üzvü Əli Oruclu "Şərq”ə söyləyib ki, artıq qurultay nümayəndələri seçilib, seçki yığıncaqları və konfranslar baş tutub: "Bir müddət diqqətimiz ölkədə baş tutan parlament seçkilərinə yönəldi. İndi də seçki prosesi artıq yekunlaşıb. Yeni il gəlir. Tələsik tədbir keçirmək istəmirik. Ümumi fikir oldu ki, qurultay gələn il reallaşacaq. Mərkəzi şura çağrılıb, qurultayın vaxtı müəyyənləşəcək. Gecikmə texniki məsələdir. İkincisi, qurultay yalnız sədr seçkisi ilə yekunlaşmır. Çox ciddi proseslər gedəcək. Hesab edirəm ki, bu dönəmlərə cavab verəcək bir ali tədbirimiz olacaq”.

Ayyət Əhməd