Anası oğlunu görüb şoka düşüb

“Zarafat olduğunu zənn etdim”
Türkiyənin Batman bölgəsində yaşayan 12 yaşlı 5-ci sinif şagirdi Emin Okurun bədəni metalları maqnit kimi çəkir.
Emin deyir ki, iki ay əvvəl televiziyada bir yarışma proqramında, yarışmacının üzərinə metalları çəkdiyini görüb. Sonra özünü də sınayır və bədəninin maqnit kimi metalları çəkdiyini fərq edir.
Oyun oynamasına baxmayaraq bədəninə yapışdırdığı metalların düşmədiyini dilə gətirən Okur, "İki ay əvvəl televiziyada bir yarışma proqramı izləyirdim. Adamın birinin bədəninə qaşıq kimi metalların yapışdığını görüncə sınamaq istədim. Yoxlayarkən çəngəl və qaşıq kimi metalların bədənimə yapışdığını fərq etdim” deyə bildirib.
Anası Nurhan Okur isə oğulunun çay qaşığını bədəninə yapışdığını gördüyü zaman çox çaşdığını söyləyir. Oğulunun maqnit xüsusiyyətini ilk gördüyü zaman "zarafat” etdiyini düşündüklərini izah edən ana Nurhan, "İkinci qaşığı da sınadı, o da yapışdı. Böyük qardaşı sınadı, ona yapışmadı. Emin daha sonra qaşıqların yanında cib telefonu, çəngəl, külqabı sınadı, yapışdı. Oynamasına baxmayaraq metallar bədənindən düşmür. Heyrət içində qaldıq. " deyə bildirir.
 
Turan