Ancaq gecələr küçəyə çıxır

Günəş görsə, xərçəngə tutula bilər
Kseroderma pigmentosum adlı nadir xəstəliyi səbəbindən 23 yaşlı Andrea Monroyun dərisi günəşdən gələn ultrabənövşəyi şüalara qarşı çox həssasdır. Sadəcə gecələri küçəyə çıxa bilən Andrea günəş işığına məruz qalarsa, xərçəng xəstəliyinə tutula bilər.
Onun gündüz vaxtı küçəyə çıxa bilməsi ancaq qoruyucu geyimlərlə mümkün olur. Xəstəlik günəşə aşırı həssas olduğu üçün dərinin günəşlə təması sonrasında dəri xərçəngi riski çox yüksəkdir. Gənc qadına hələ 5 yaşında olarkən diaqnozu qoyulan Kseroderma pigmentosum dünyada sadəcə 2000 adamda var. Kseroderma pigmentosum çarəsi yoxdur. Bu xəstəliyin qurbanları ancaq təpədən dırnağa qədər qoruyucu paltar geyinərək gündüz vaxtı küçəyə çıxa bilirlər.