Ancaq sol gözü göyərdi...

Dördüncü mərtəbədən düşən körpə möcüzə nəticəsində sağ qaldı



Ürəkləri ağızlara gətirən kədərli hadisə Bursanın Orhanqazi qəsəbəsində yaşandı.
Anası Hülya İnsel ilə qonşuda oxunan mövluda gedən 14 aylıq Abdülkadir İnsel, evdəkilər mövlud dinlərkən evin içində öz-özünə oynamağa başladı. Balkona çıxan kiçik Abdülkadir, aşağı baxmaq istəyərkən dəmirlərin arasından sallanınca, dördüncü mərtəbənin balkonundan yerə düşdü. Bir müddət sonra yoxluğu fərq edilib, binanın arxasında yerdə yatarkən olan Abdülkadirin başını yerə çarpdığı aydın olunca, sürətlə Uludağ Universiteti Tibb Fakültəsi Xəstəxanasına gətirildi. Burada müalicə altına alınan Abdülkadirin çəkilən rentgenlərində qırıq və çıxıq təsbit edilmədi. Başının yerə dəyməsi nəticəsində yalnız sol gözündə göyərmə, alnında isə zədələr olduğu ortaya çıxınca, hər kəs rahat bir nəfəs aldı. Günü xəstəxanada keçirib, ardından xəstəxanadan buraxılan Abdülkadir İnselin vəziyyətinin olduqca yaxşı olduğu diqqət çəkərkən, "Nə oldu sənə?” deyənə isə "Düşdüm, uf oldum” deyə cavab verir.

Anası Hülya İnsel də "Balamı Allah bizə bağışladı” deyərkən, ailənin evi ziyarətçi axınına çevrildi. Kiçik Abdülkadirin balkondan düşərkən alt mərtəbənin balkonundakı plastik örtüyə dəyib, irəliyə torpaq olan hissəyə doğru düşdüyü üçün qəzanı faciəsiz sovuşdurduğu, gözündə də görmə ilə əlaqədar probleminin hələlik olmadığı ifadə edilir.