Ankaranın Menbiç planı...
07:55 06.06.2018
Arxiv
522
Türkiyə ordan terrorçuları çıxartmaqla gələcək “yol xəritəsi”ni müəyyənləşdirir
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mike Pompeo arasında həlledici görüş başa çatıb. İki nazir Menbiç məsələsində anlaşma əldə ediblər.
Görüşlə bağlı Türkiyə XİN-dən verilən rəsmi açıqlamada bildirilib ki, Çavuşoğlu-Pompeo görüşündə Menbiç yol xəritəsi təsdiq edilib. PKK terror təşkilatının Menbiçdən çıxarılmasının müzakirə olunduğu görüş haqda Çavuşoğlu da bəyanat verib və görüşün çox uğurlu keçdiyini vurğulayıb: "İrəliləyiş olacaq.
Pompeo ilə görüşdən konkret nəticələr gözləyirəm”. Nazirlər arasındakı görüşdə həmçinin FETÖ başçısı Fətullah Gülənin ekstradisiyası məsələsi də gündəmə gəlib. Çavuşoğlu və Pompeo arasında razılaşdırılan plana görə, YPG terrorçuları 30 gün ərzində şəhərdən çıxmalıdır.
Anlaşmanı "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri hesab edir ki, Amerika öz etimadını itirmiş dövlətdir. Onun sözlərinə görə, ABŞ imza atdığı heç bir sənədə hörmət etməyib: "PKK-nın Suriya qolu olan YPG-nin Menbiçi tərk etməsi üçün bir aylıq zaman müəyyənləşdirilib.
Yəni Vaşinqton Ankaranın başını uzun müddət qata bilməyəcək. Anlaşma çərçivəsində hər iki dövlət qarşılıqlı olaraq öhdəliklər götürüblər. 3 mərhələli razılaşmanın birinci mərhələsinə görə, bir ay ərzində terrorçular silahlarını ABŞ-a təhvil verərək, bölgəni tərk etməlidir. Bölgənin təhlükəsizliyi Amerika və Türkiyə xüsusi xidmət orqanları tərəfindən təmin olunacaq.
Üçüncü mərhələdə isə Menbiçin idarə olunması demokratik quruluşa görə müəyyən ediləcək. Bilirsiz ki, Menbiçin 90 faizi yerli ərəblərdən ibarətdir. Ona görə də əsasən ərəb ağırlıqlı yerli Məclis qurulacaq və Menbiçin idarəsi həmin Məclisə həvalə ediləcək”.
Analitik bildirib ki, Menbiç planından sonra Fərat çayının sahilində yerləşən digər bölgələrdə də bu modeli tətbiq etmək mümkün olacaq:
"Bunun domino effekti olaraq digər məntəqələrə də sirayət edəcəyi gözlənilir. Türkiyə fərqindədir ki, Menbiçdə idarəetmə forması dəyişdikdən sonra Rakka kimi ərazilərdə də yerli xalqlar özünüidarə hüququ tələb edəcəklər. Türkiyə Menbiçdən terrorçuları çıxartmaqla gələcək "yol xəritəsi”ni müəyyənləşdirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm