Aparıcısı TOLİK, qonağı RÖYA, mövzusu HƏRBİ PARAD... - Professor bu paradoksu izah edir
14:50 27.06.2018
Arxiv
1436
Qulu Məhərrəmli:"Bu, mövzunu gözdən salmaq, qeyri-ciddilik halına gətirməkdir. Ciddi məsələlərdən, elə də ciddi imici olmayan şəxslərin söhbət aparması mövzunun özünün zərərinədir"
Ötən gün ölkəmizdə Azərbaycan ordusunun yaranmasının 100 illik yubileyi qeyd olundu və bu münasibətlə möhtəşəm hərbi parad keçirildi. Televiziya kanallarımız isə hərbi paradı işıqlandırmaqla bərabər, müxtəlif verilişlər hazırlayaraq hərbi mövzularla bağlı müzakirələr təşkil etdilər. "Xəzər” televiziyasında yayımlanan "Hər şey daxil” verilişdə isə aparıcı Tarix Əliyev (Tolik) və müğənni Röyanın Azərbaycan Silahlı Qüvvələri günü mövzusunda müzakirələr aparması sosial şəbəkələrdə birmənalı qarşılanmadı. İstifadəçilər qeyd ediblər ki, belə önəmli tarixi gündə mütəxəssislərin, hərbçilərin, hərbi sahəyə daxil olan insanların mövzu ətrafında danışması daha münasib olardı. Ümumiyyətlə, əksəriyyət televiziya kanallarının əlamətdar hadisələrin ildönümünə, tarixi əhəmiyyətli məsələlərə etinasız yanaşdığı qənaətindədir.
Müzakirələrə səbəb olan veriliş haqqında "Sherg.az”a danışan tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli isə istənilən Azərbaycan vətəndaşının istənilən mövzuda danışmaq hüququ olduğunu diqqətə çatdırıb.
O vurğulayıb ki, aparıcı, prodüser Tolik və müğənni Röya da hər bir mövzuda fikir səsləndirə bilərlər:
"Sadəcə bəzi mövzuların öz mütəxəssisləri var. Yaxud elə şəxslər var, onların özlərinə aid olmayan mövzuda müzakirə aparması xoş qarşılanmır. Buna necə diqqət edilməsi isə televiziya siyasəti, peşəkar duyumla bağlı olan məsələdir. Müğənni və prodüserin hərbi mövzudan, ordumuza aid tarixi hadisədən danışması, bunun mənfi qarşılanması isə daha çox yanlış menecer yanaşmasıdır.
Bu, mövzunu gözdən salmaq, qeyri-ciddilik halına gətirməkdir. Ola bilər, hansısa mövzu gündəmə gətirilsin, veriliş iştirakçıları ötəri fikrini bildirsin. Amma ciddi məsələlərdən, elə də ciddi imici olmayan şəxslərin söhbət aparması mövzunun özünün zərərinədir.
Ənənəvi olaraq, televiziya rəhbərlərinin ciddi proqram yayımlamaq, tarix göstərmək fikri varsa, nəyə görə mütəxəssisləri dəvət etmir? Tolikin və Röya xanımın ənənəvi mövzuları var, onlar həmin konteksdə qəbul olunub. Bu barədə onları tənqid edən şəxslərin fikri ilə razıyam ki, belə məsələləri anlamaq üçün ciddi televiziya idarəçisi olmağa ehtiyac yoxdur. Bir qədər təcrübəsi olan şəxs bilir ki, belə mövzuda kimləri efirə çıxartmaq olar.
Hər hansı bir televiziya hazırladığı verilişlə ordunun imicini yaratmağa çalışırsa, 100 yaşı olan silahlı qüvvələrin tarixi, 1918-ci ildən indiyə qədər keçdiyi yol haqqında müzakirə aparmaq istəyirsə, bu sahədə fəaliyyət göstərən mütəxəssislərə müraciət edə bilərdi. Belə tarixi hadisəni, önəmli mövzunu aşağılayacaq şəkildə ortaya çıxarmaq düzgün deyil".
Verilişi bu linkdən izləyə bilərsiniz:
https://th-tv.org/tv/hər-şey-daxil-röya-ayxan-silahlı-qüvvələr-günü-26-06-2018-XYFFzB5xyCY.html
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat