ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib





 Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi belə olacaq:

Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri