Arif Rəhimzadədən səs-küy doğuracaq AÇIQLAMA
11:12 05.06.2018
Arxiv
552
"Bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünki onların adı verilməsəydi, hansısa erməninin adı veriləcəkdi.
Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik?!”
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.
A. Rəhimzadə bildirib ki, Azərbaycan dövlətini sovet hökuməti qurub: "Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi "xalq düşməni" olmalı deyilik ki? Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq sovet dövründə Xanlar adlı bölgə, kənd adları olub. İndi o, kommunist olduğu üçün adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada Çəmənli sözü işlədildi. Biri mənə izah etsin ki, Çəmənli olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya