"Artıq facebooka girmə" deyən ərini bıçaqladı






Xüsusi təhlükəsizlik şirkətində çalışan Aişə E., davamlı Facebooka girdiyi üçün onu xəbərdar edən ərini bıçaqla yaraladı. "Qəsdən yaralama" cinayəti ilə iddia açılan qadın, 7 ay 15 gün həbsə məhkum edildi.


Hadisə, 3 il əvvəl yaşandı. İddiaya görə, Aişə E.ın internetdə çox vaxt keçirməsindən narahat olan həyat yoldaşı Dursun Ölməz, artıq Facebooka girməməsini söylədi. Cütlük arasında başlayan mübahisə davaya  çevrildi. Yaşanan cəkişmə zamanı  Aişə E., əlinə keçirdiyi bıçaqla ərini qarınından və çiyinindən yaraladı. Xəstəxanaya çatdırılan  Dursun  Ölməz, müalicəyə alındı. İstintaq daxilində Aişə E.a "qəsdən yaralama" cinayəti ilə  3 ilə qədər həbs tələbi ilə iddia açıldı. Üç ildir davam edən iddianın yekununda  ifadə verən şübhəli Aişə E., "Həyat yoldaşım həddindən artıq qısqanc idi. Hadisə günü əlimdə bıçaq vardı, meyvə yeyirdim. İnternetdə başqalarıyla tanış olduğumu və saçlarımı onlar üçün düzəltdiyimi  söyləyərək məni vurdu. Başımı divara çırpdı. O ankı sinirlə onu bıçaqladım. Bu hadisədən sonra həyat yoldaşımla 6 ay da birlikdə yaşadıq, sonra ayrıldıq" dedi.


Dursun Ölməz isə ifadəsində "Həyat yoldaşım evdə davamlı Facebooka girirdi, heç çıxmırdı. Kompüteri bağlamasını söylədiyim zaman mənfi cavab verdi. Mən də 'Bağlayacaqsan' dedim. Məni bıçaqladı. Kədərliyəm, həyat yoldaşımdan şikayətçi deyiləm" deyə danışdı.