“Arvadıma söz atıb…” deyib öldürdü






Türkiyənin Bartın bölgəsində Tamer Turan T., həyat yoldaşına söz atdığını iddia edərək 2 nəfərə küçənin ortasında atəş açıb. Hadisədə ağır yaralanan Yaşar Köse (33) xəstəxanada bütün müdaxiləyə baxmayaraq həyatını itirib.

Xəbərlərə görə,  əyləncə mərkəzində klarnet ifaçısı olan Tamer Turan T., Özgür Dönməz və Yaşar Köseyə tapançayla 3 dəfə atəş açıb. Güllələrdən biri Yaşar Köse'yə dəyib. Ağır yaralanan Köse xəstəxanada həyatını itirib.
Hadisədən sonra polis təcavüzkar Tamer Turan T. ilə Özgür Dönməzi nəzarətə alıb. Müxtəlif cinayətlərdən həbs olunan Tamer Turan T., ifadəsində Özgür Dönməz və Yaşar Köse'nin əvvəldən tanıdıqları həyat yoldaşına söz atıb, pis sözlər söylədiyini bildirib. Bundan əsəbiləşərək evinə getdiyini və silahını götürüb geri gəldiyini söyləyən Turan T., həmin adamlara atəş açdığını etiraf edib. Tamer Turan T. və Özgür Dönməzin sorğusu davam edir.