Arvadını güllələyərək öldürdü

Türkiyənin Sakarya bölgəsində qanlı hadisə yaşanıb. Gözəllik salonunda işləyən Esra Topraq (32), haqqında uzaqlaşdırma qərarı olan keçmiş həyat yoldaşı Cəsur K. tərəfindən başından tapançayla vurularaq öldürülüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 17.00 radələrində gözəllik salonunda baş verib. Həmin gün birgə çalışdığı rəfiqəsinə bayramda yaşanan sıxlıq səbəbiylə kömək etməyə gedən Esra Topraq yanına gələn keçmiş həyat yoldaşı Cəsur K. ilə mübahisəyə başlayıb.
Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib. Cəsur K. tapançasını çıxardaraq Esraya atəş açıb. Tapançadan çıxan güllələrin başına dəyməsi ilə Esra qanlar içərisində yerə yıxılıb.
Hadisə yerinə gələn sağlamlıq qrupları müayinə zamanı Esranın həyatını itirdiyini təyin ediblər.
Polis isə Cəsur K.ı nəzarətə alıb. Qatil binanın girişində alınan təhlükəsizlik tədbirlərindən sonra polis maşınına mindirilib. Esra Torpağın cənazəsi isə yarılmaq üçün meyitxanaya aparılıb.
Müxtəlif cinayətlərdə məhkumluğu olan Cəsur K.ın gecə klublarında çalışdığı bildirilir.
Hadisə ilə əlaqədar istintaq davam edir
Turan