AŞPA-nın yay sessiyası başlayır: Nümayəndə heyətimiz Dilqəmlə Şahbazın məsələsini qaldıracaq
13:15 23.06.2019
Arxiv
562
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 24-də işə başlayacaq. Sessiyanın açılışında Assambleyanın gündəliyi təsdiq ediləcək.
Sherg.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti yay sessiyasında iştirak edəcək. Sessiyada Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfindən 5 ildir ki, girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracaq, müvafiq tədbirlər təşkil edəcək.
İyunun 24-dən 28-dək Strasburqda keçiriləcək AŞPA yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr aparılacaq.
Qurumun yay sessiyasında 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək. Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim edəcək. Portuqaliya Prezidenti Marselo Rebelo de Susanın çıxışı da gözlənilir.
AŞPA yay sessiyasında qadınlara, eləcə də uşaqlara qarşı zorakılığa son qoymaq, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək.
Həmçinin Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət