Asqırdı, burnu əlində qaldı

Lois Temel adlı gənc qadının uzun müddət bitməyən yorğunluq və halsızlıq şikayətinə həkimlər bir çarə tapa bilmədi. 1 ildən sonra aparılan daha detallı müayinədə qorxunc gerçək ortaya çıxdı. Gənc qadını yavaş- yavaş yeyib bitirən şeyin xalq arasında bilinən adıyla "ət yeyən bakteriya" olduğu aydın oldu.
Həkimlər 41 yaşlı Lois Temelin bitməyən yorğunluğunun səbəbini uzun müddət tapa bilmədilər. Loisin detallı müayinəsində burnuna kameranın köməyiylə baxıldı və gerçək ortaya çıxdı. Gənc qadının burnunda yumşaq toxumaları yeyən və "ət yeyən bakteriya" olaraq da tanınan "nekrotizan fasiit" olduğu aydın oldu.
YENİ BİR BURUN EDİLDİ
Ancaq hər şey burada bitmədi. Hətta yeni başlayırdı. Loisin həyatı tam bir kabusa çevrilmişdi. Uzun müddət müalicə görən gənc qadın İngiltərədə biyoaktif vəsait istifadə edilərək üz əməliyyatı keçirən ilk adam oldu. Bunun üçün sümük quruluşuna bənzəyən xüsusi bir biyoaktif dulusçuluq istifadə edildi. Yenidən burun düzəldilməsi üçün iki dəfə cərrahiyyə əməliyyatı keçirdi. Əməliyyat sonrasısında fizyoterapi, danışma müalicəsi, tənəffüs fizyoterapisi görmək məcburiyyətində qaldı.
ASQIRDIQDAN SONRA BURUN SÜMÜYÜ ƏLİNDƏ QALDI
Ancaq Loisi xəstəlik heç cür tərk etmədi. Bir gün asqırdıqdan sonra talehsiz kadının burun sümüyü əlində qaldı. Qanayan burnuyla xəstəxanaya qaçan Lois 3 dəfə də əməliyyat keçirdi.
HƏYATI KABUSA DÖNDÜ
Lois Temel bu xəstəlik üzündən evini, işini itirdi . Əslində aktrisa olan gənc qadın uzun zaman sonra xəyalları ilə yaşamağa başladı. Dəfələrlə intihar etməyi düşündü. Ancaq yenə də qorxmadı. Ən böyük ehtirası olan aktyorluğa dönə bilmək üçün qolları suvadı və Londondakı Drama Sənətləri Akademiyasında işə başladı.