ATƏT-in Seçki Missiyası Azərbaycan ictimaiyyətinə cavab versin - ÇAĞIRIŞ
13:11 14.04.2018
Arxiv
713
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycanda keçirilən prezident seçkilərinə ATƏT-in Seçki Missiyasının verdiyi rəyə münasibət bildirib.
Modern.az Fuad Muradovun açıqlamasını təqdim edir.
Bir neçə gün öncə, 2018-cil aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçirildi və xalqımız cənab Prezident İlham Əliyevə yenidən etimad göstərdi.
Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi.
Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqa birliyini qəbul edə bilmirlər. Güclü Azərbaycan onları çox narahat edir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası (SMM) və digər beynəlxalq müşahidəçilərin aprelin 12-də, seçkidən bir gün sonra seçki ilə bağlı rəyləri bu qərəzli yanaşmanı bir daha ortaya qoydu.
Bu qüvvələrin belə münasibəti bizdə ancaq təəssüf hissi doğurur. Bu, ölkəmizə qarşı bir təxribatdır və heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək.
Bunu xalq yaxşı anlayır və bu qara qüvvələrə qarşı birləşib. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi onlara qarşı daha sərt mövqe göstərməlidir.
Azərbaycan dünyaya açıq bir dövlətdir və istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi.
Bu missiyanın seçkiləri öyrənmək, seçki günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi.
Çox təəssüf edirəm ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə imitasiya ilə məşğul oldular.
Belə yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, xalqımızın düçüncəsinə, iradəsinə qarşı çıxdılar. Diqqəti onların bu qərəzli bəyanatlarındakı bir neçə məqama çəkmək istəyirəm.
Birinci, qeyd edirlər ki, gələcəkdə Azərbaycan dövləti, Azərbaycan parlamenti ilə əməkdaşlıq edəcəklər. Özləri də bilmədən 2015-ci il parlament seçkilərində səsləndirdikləri bəyanatı təkrarladılar. Məntiqlə yanaşdıqda, prezident seçkiləri ilə parlament seçkiləri tamam fərqli məsələlərdir və bununla özlərini ifşa etdilər.
Görünür missiyanın üzvləri seçkilərdə müşahidəçi kimi iştirak etmək əvəzinə, turistliyə üstünlük veriblər. Çünki vermiş olduqları bəyanat bu adamların seçkilərdən tam məlumatsız olduqlarını göstərdi.
İkincisi, onların başqa bir iradı digər namizədlərin hakimiyyətin namizədini müdafiə etməsi ilə bağlıdır.
Axı Mərkəzi Seçki Komissiyası hansısa namizədi qeydə alarkən onlardan soruşmur ki, sənin mövqeyin necə olacaq.
Bunların bu yanaşması gülməli, gülməli qədər də ağlamalıdır.
Üçüncüsü, bəyan edirlər ki, guya əsl müxalifətin namizədi seçkidə iştirak etməyib.
Seçkilərdə qanunvericiliyə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Burada kiməsə qadağa qoyulmayıb. Onlardan kimsə xahiş etməli idi ki, seçkidə öz namizədləri ilə iştirak etsinlər...
Bu, bizim işimiz deyil. Görünür bu bəyanatı verənlər öz missiyaları ilə bizim fəaliyyəti qarışdırırlar. Müxalifət adlandırdıqları qüvvələrə "seçkilərə qatılmayın" dedikləri kimi, "seçkilərə qatılın"ı da özləri deməlidirlər. Bu da müəyyən qara məqamlardan, sövdələşmələrdən xəbər verir.
Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar xalqımıza qarşı təxribatdır.
Ona görə də Milli Məclisin Gənclər və İdman Komitəsi adından çağırış edirik ki, ATƏT-in Seçki Müşahidə Missiyası bu qərəzli bəyanatla bağlı mətbuat konfransı keçirsin və Azərbaycan ictimaiyyətinə cavab versin.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət