ATƏT sədri: “Həll olunmamış münaqişələrin nizamlanmasına..."




"Həll olunmamış münaqişələrin nizamlanmasına kömək etməyə çalışacağıq”.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Kişinyovda keçirdiyi brifinqdə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib.

O qeyd edib ki, ATƏT-in əsas məqsədi Dnestryanı münaqişənin həllidir. ATƏT sədrinin sözlərinə görə, problem Moldovanın ərazi bütövlüyü çərçivəsində Dnestryanı bölgəyə xüsusi status verilməklə çözülməlidir.

"Dnestryanı bölgəyə xüsusi hüquqi statusun verilməsi münaqişənin həllinə kömək edəcək”, - deyə o vurğulayıb.