Avropa İttifaqı Qarabağ münaqişəsinin həllini prioritet hesab etmir
20:42 19.01.2016
Arxiv
529
Sadəcə, problemin sülh yolu ilə həll olunmasını istədiyini bəyan edir
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim üçün prioritet məsələdir”. Bu fikir ötən gün Brüsseldə keçirilən Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekununda qəbul edilən bəyanatda öz əksini tapıb.
Qurum münaqişə tərəflərini ATƏT-in dəstəyi ilə aparılan dialoq prosesini davam etdirməyə çağırıb: "Avrova İttifaqı bir daha təsdiq edir ki, Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması qəbuledilməzdir”. Bununla yanaşı, bir daha vurğulanıb ki, Aİ ölkələri bölgədə sülh quruculuğu prosesinə dəstək verməyə hazırdır: "Sülh müqaviləsi imzalandıqdan sonra münaqişədən zərər çəkən rayonların bərpasına köməklik edəcəyik”. Şura qoşunların təmas xətti boyunca təhlükəsizliyin təmin edilməsi məsələsinin "narahatlıq doğurduğunu” da bildirib.
Bəyanatla bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyib ki, Qərb dairələrinin bizə canı yanmır: "Əslində ədalət naminə desək, bir sıra Qərb strukturları, xüsusən Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə xoş niyyətlə qoşulmaq istəyir. Amma Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlər AŞ-ın problemə müdaxilə etməsinə imkan vermir. Ona görə də son bəyanatda vurğulanan fikirləri qurumun illik hesabatında yazılan adi cümlələr kimi dəyərləndirmək lazımdır. Aİ və onun kimi təşkilatlar hər il milyonlarla vəsait alır və dünyadakı fərqli münaqişələrlə bağlı "nikbin” mesajlar verirlər”. Politoloqa görə, Avropa İttifaqı münaqişənin həlli məsələsini prioritet hesab etmir. Sadəcə, problemin sülh yolu ilə həll olunmasını istədiyini bəyan edir: "Bunlar fərqli şeydir. Yəni bizə "məsləhət” görürlər ki, münaqişəni sülh yolu ilə həll edək. Bunu da hamı deyir. Çünki son dönəmlər beynəlxalq ictimaiyyətdə yayılan məlumatlara görə, Azərbaycan ordusu torpaqlarını müharibə yolu ilə geri qaytarmaq istəyir. Aİ-də ehtimal olunan riskin qarşısını öncədən almaq üçün bu cür bəyanatlar verirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət