Avropa Oyunlarında bayraqdarımız gümüş medalla kifayətləndi




Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarında gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.

İsveçli idmançımızı ippona salıb. Bu, Azərbaycanın Minskdə ikinci gümüşü, ümumilikdə altıncı medalı olub.

Qeyd edək ki, son Olimpiadanın mükafatçısı olmuş Rüstəm Orucov II Avropa Oyunlarının açılış mərasimində bayraqdarımız idi.