Avropa Şurasının yeni baş katibi seçilib
07:45 27.06.2019
Arxiv
1547
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iştirakçıları Xorvatiya Baş Nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç-Buriçi Avropa Şurasının baş katibi seçiblər.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bunu AŞPA-nın sədri Lilian Mori Paskye bəyan edib. Onun sözlərinə görə, səsvermədə iştirak edən 274 parlamentaridən 159-u xorvatiyalı namizədi dəstəkləyib. Onun rəqibi Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katibin səlahiyyət müddəti 5 ildir.
Mariya Peyçinoviç-Buriç parlament üzvlərinə müraciətində deyib: "AŞPA ilə Avropa İttifaqının Nazirlər Komitəsi, habelə üzv dövlətlər arasında dialoqu gücləndirmək vacibdir. Mən bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Ümidvaram ki, sizin dəstəyinizlə təşkilatımızı daha da gücləndirəcək və vətəndaşlarımız üçün sülhə və rifaha nail olacağıq”.
Yeni baş katibin mandatı cari ilin payızında başlayacaq. Hazırda bu vəzifəni Turbyörn Yaqland icra edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou