Avstriya prezidenti keçid hökumətinin tərkibini təsdiq edib





Avstriyanın Federal prezidenti Aleksander Van der Bellen ölkənin keçid hökumətinin tərkibinə dair təklifi qəbul edib.

Trend-in məlumatına görə, bunu Avstriyanın müvəqqəti kansleri Briqitte Birlyan deyib.

Qeyd edək ki, Avstriyanın prezidenti, Sebastian Kurtsun başçılıq etdiyi ölkə hökumətini vəzifədən azad edib. Mayın 30-da Aleksander Van der Bellen B.Birlyanı müvəqqəti kansler vəzifəsinə təyin edib.

Məlumata əsasən, iyunun 3-də keçid hökumətinin and içməsi keçiriləcək. Həmin hökumət vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə qədər ölkəyə rəhbərlik edəcək.