Aygündən Rozaya cavab: "Şıntıramellalar" məndən əl çəkmirlər"






Müğənni Roza Zərgərlinin xalq artisti Aygün Kazımovanın Snup Doq ilə çəkdirdiyi klipini pornoqrafiya adlandırmasına cavab gəlib.

Axşam.az-ın məlumatına görə, həmkarının sözlərini gülərək qarşılayan A.Kazımova Zərgərlini "Şıntıramella” adlandırıb:

"İstanbuldayam. Yeni mahnılar üzərində işləyirəm. Hazırda musiqiçilərlə studiyadayam. Nə edim axı mən?.  Bu "Şıntıramellalar" məndən əl çəkmirlər də”.