Aynur Camalqızı: "Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir"





"Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir. Mətbuat Şurasının reket jurnalistika ilə mübarizə məqsədilə vahid kart məsələsini tətbiq etməsi effektiv olardı".

APA-nın məlumatına görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı deyib.

O bildirib ki, bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməlidir: "Fikrimcə, qanunvericilik bazasının daha da sərtləşdirilməsinə ehtiyac var. Mən dəfələrlə bu məsələni qaldırmışam ki, Azərbaycanda domen alıb media yaratmaq çox asandır. İstənilən şəxs evində otura-otura, bir domeni qeydiyyatdan keçirib, media yarada bilər. Belə hallar ənənəvi medianı gözdən salmaqla bərabər, peşəkar jurnalistlərin əməyinə də kölgə salır.