Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hökumətə təqdim edildi
07:25 15.10.2018
Arxiv
734
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiqlənməsi üçün Nazirlər Kabinetinə (NK) təqdim edib.
Bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəylinin sözlərinə görə, sentyabrın ortalarında akademik Akif Əlizadənin sədrliyi ilə keçirilmiş Orfoqrafiya Komissiyasının iclasında yeniləşən orfoqrafiya qaydaları görkəmli dilçi alimlərin iştirakı ilə müzakirə edilib və bununla bağlı yekun qərar verilib:
"Artıq yeni qaydalar layihəsində tərəflər üçün mübahisəyə səbəb olan heç bir məsələ qalmadı. Bu qərar verilərkən Azərbaycan dilinin qrammatik qaydaları, azərbaycançılıq meyarları və nəhayət, ictimai rəyi nəzərə aldıq. Elə məsələlər var ki, onlar bu gün deyil, bir qədər sonrakı mərhələdə gündəmə gələ və həll oluna bilər”.
İ.Həbibbəyli əlavə edib ki, yeni orfoqrafiya qaydaları layihəsi NK tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.
Xatrladaq ki, Orfoqrafiya Komissiyasının iclasında iki maddə qəbul edilməyib. Həmin maddələr bunlar olub:
- Ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi;
Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.
Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyə, maliyə və s.
- Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi.
Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.
Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur