"Azərbaycanın hərbi qüdrətinin artması Dağlıq Qarabağın işğaldan azad olunması istəklərimizin reallaşmasını yaxınlaşdıran faktorlardandır. Hər dəfə Azərbaycan tərəfi münaqişənin həlli məsələsində güc faktorunu ortaya qoymağa cəhd edəndə Rusiya "yuyulmamış qaşıq” kimi özünü ortaya atır. "Münaqişənin sülh yolu ilə həlli variantları hələ bitməyib” kimi növbətçi bəyanatlar verərək torpaqlarımızı azad etmək hisslərimizi boğmağa çalışır.
"Azərbaycan güc faktorunu ortaya qoyanda, Rusiya özünü irəli atır" - Aktual şərh
13:42 29.06.2018
Arxiv
568
"Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm hərbi parad Ermənistandan öncə Rusiyanın yuxusuna haram qatıb”.
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Ekspert bəyan edib ki, paradda qonşu ölkələrin hərbi nazirlərinin iştirakı və xüsusi ilə türk şahinlərinin bizim pilotlarla birlikdə nümayiş etdirdikləri möhtəşəm performanslar hərbi qüdrətimizə güvənimizin artdığına əyani sübutdur:
"Azərbaycanın hərbi qüdrətinin artması Dağlıq Qarabağın işğaldan azad olunması istəklərimizin reallaşmasını yaxınlaşdıran faktorlardandır. Hər dəfə Azərbaycan tərəfi münaqişənin həlli məsələsində güc faktorunu ortaya qoymağa cəhd edəndə Rusiya "yuyulmamış qaşıq” kimi özünü ortaya atır. "Münaqişənin sülh yolu ilə həlli variantları hələ bitməyib” kimi növbətçi bəyanatlar verərək torpaqlarımızı azad etmək hisslərimizi boğmağa çalışır. Bəzən də kəskin və sərt tərzdə "münaqişənin güc yolu ilə həlli variantı yoxdur” kimi bəyanatlar verir. Mariya Zaxarovanın sonuncu bəyanatını incələyərkən eyni üslubu görürük. Bu dəfə də Zaxarova Moskvanın mövqeyinin dəyişmədiyini bildirərək, müttəfiqi Ermənistanı rahatladan bəyanat verib. Biz də bilirik ki, Qarabağ məsələsində Moskvanın mövqeyi dəyişməz qalır və Kreml prosesin beləcə davam etməsi üçün bütün səylərini ortaya qoyur”.
Politoloq Azərbaycanın bu istiqamətdə ən doğru yolu tutduğunu vurğulayıb:
"Fikrimcə, Rusiyanın özündə baş verəcək dəyişikliklər onun münaqişəyə baxışlarını dəyişəcək. Bizim üzərimizə düşən ən vacib məsələ ordu quruculuğunu gücləndirməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi