Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yeni saziş təsdiq olundu




Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yeni saziş təsdiq olunub.

Sherg.az xəbər verir ki, parlamentin bugünkü keçirilən plenar icalsında "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, bu saziş iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhvə verəcək. Müzakirələrdən sonra saziş səsverməyə çıxarılıb və təsdiq olunub.
Anar