“Azərbaycan Moskvaya görə Ukrayna ilə əlaqələri kəsəsi deyil”
19:58 25.01.2016
Arxiv
730
Elxan Şahinoğlu: “Nəzərə almalıyıq ki, həm Ukraynada, həm də Azərbaycanda separatçı rejimlər var”
Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna rəhbəri Petro Poroşenko ilə görüşüb. Görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Həmçinin, iki ölkə arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Xatırladaq ki, yaxın günlərdə Ukrayna Prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində məsələlərin daha ətraflı müzakirə olunacağı şübhə doğurmur. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Postsovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında dəniz və quru sərhədlərinin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Hər iki dövlət biri-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı ildə, Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci ildə açılıb. Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iki ölkənin biri-biri ilə yaxınlaşmasını müsbət qiymətləndirib: "Ukraynadan yola çıxan yüklər Azərbaycan üzərindən Orta Asiya ölkələrinə və oradan Çinə gedəcək. Rusiya ilə münasibətlər gərgin olduğu üçün Kreml Ukrayna qatarlarının öz ərazisindən keçməsinə imkan vermir. Azərbaycanla Ukrayna arasında bununla bağlı artıq razılaşma əldə olunub və mən bunu çox müsbət dəyərləndirirəm. İkinci təqdirəlayiq addım isə Prezidentlərin Davosda görüşməsidir. Bu, çox vacib idi. Çünki uzun müddətdir belə görüş reallaşmırdı. Üçüncü müsbət təşəbbüs isə hökumətlərarası komissiyanın yenidən fəaliyyətə başlamasıdır. Bilirsiz ki, Poroşenko prezident seçiləndən sonra bütün ölkələrlə hökumətlərarası komissiya işini ləğv etdi. Buna səbəb ölkədə yaranmış iqtisadi problemlər idi. Amma Prezidentlərin görüşündən sonra bəlli oldu ki, Ukrayna-Azərbaycan əlaqələrinə ehtiyac var”.
Politoloq Ukrayna-Azərbaycan münasibətlərində Rusiya faktoruna da diqqət çəkib: "Azərbaycan öz daxili və xarici siyasətini müəyyənləşdirməkdə müstəqildir. Heç bir dövlət, o cümlədən Rusiya Azərbaycanın daxili işlərinə qarışa bilməz. Rusiya ilə Ukraynanın indiki hakimiyyətləri arasında mövcud olan gərgin münasibətlərin bizə dəxli yoxdur. Hər iki dövlətlə normal əlaqələr qurmağa çalışırıq. Azərbaycan Moskvaya görə uzun müddət əməkdaşlıq etdiyi Ukrayna ilə münasibətləri korlayası deyil ki? Yaxud da əksinə, Kiyevə görə Rusiya ilə əlaqələri pozmağa niyyətimiz yoxdur. Əgər bu dövlətlərlə əməkdaşlıq bizə xeyirlidirsə, münasibətimizi davam etdirməli və genişləndirməliyik. Nəzərə almalıyıq ki, həm Ukraynada, həm də Azərbaycanda separatçı rejimlər var. Bu faktın özü iki ölkənin əməkdaşlığını zəruri edir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın Ukrayna torpağı olduğunu deyir. Eynilə Ukrayna da Qarabağ məsələsində bizi dəstəkləyir. Ola bilsin, bu yanaşma Rusiyada kimlərinsə xoşuna gəlmir. Amma xatırlatmaq istəyirəm ki, Ukrayna və Azərbaycanın ərazi bütövlüyünü dünyanın bir çox dövlətləri də dəstəkləyir. Həmçinin, Rusiya rəhbərliyi hər zaman qeyd edir ki, iki ölkə arasında münasibətlərə üçüncü tərəf müdaxilə etməməlidir. Bu yanaşma Rusiyanın özünə də aiddir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi