
Azərbaycan nefti hansı həddə qədər ucuzlaşa bilər ? - Proqnoz verildi
15:41 09.03.2018
Arxiv
1178
İlham Şaban:" 2018-ci ilin ilk rübündə yüksək qiymətlər müşahidə olundu. Buna görə, orta qiymətin 60 dollardan yüksək olacağı proqnozlaşdırılır"
"Neftin qiymətlərinə təsir edən amil ABŞ-da neft ehtiyatları ilə bağlı hesabatın açıqlanmasıdır”.
Bunu "Sherg.az”a Azərbaycan neftinin qiymətinin ucuzlaşmasından danışarkən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyib.
O vurğulayıb ki, qısamüddətli dövr üçün neftin qiymətinin dəyişməsi normal situasiyadır:
"Neft qiyməti sabit qalan məhsul deyil. "British Petroleum” (BP) şirkətinin rəhbəri öz çıxışında bildirib ki, yaxın iki ildə neftin qiyməti 50-65 dollar arasında dəyişəcək. Bu isə istehlakçılar üçün ən optimal qiymətlərdir.

Dünyanın təqribən 70 faizi neft istehlak edən ölkədir. Ona görə, həmin ölkələrin normal iqtisadi inkişafı üçün stabil qiymətlər lazımdır. 10-15 faiz xətalar ola bilər. Amma məsələn, 50 faiz dəyişmələr olanda arzuolunmaz hallar yaranır. Ötən ilin orta qiyməti "Brent” markalı neft üçün 54 dollar idi. Bazar təxmini bu həddə qiymətlərə köklənib”.
İ.Şaban onu da əlavə edib ki, cari il üçün orta qiymət proqnozu 57 dollar göstərilib:
"Ancaq bu il mövsumi məsələlər özünü kəskin göstərdi. 2018-ci ilin ilk rübündə yüksək qiymətlər müşahidə olundu. Buna görə, orta qiymətin 60 dollardan yüksək olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,17 dollar ucuzlaşaraq 65,28 dollar olub. Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 63,81 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar artaraq 60,28 dollar təşkil edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya